Bank BTB bütün növ İstehlak kreditlərinin şərtlərini sadələşdirdi | Banco.az

Bank BTB bütün növ İstehlak kreditlərinin şərtlərini sadələşdirdi

Bank “BTB” ASC bütün növ istehlak krediti məhsullarının şərtlərini yeniləyərək müştərilər üçün daha səmərəli edib.

Belə ki, “Nağd pul krediti”, “Kredit Kart” və əmək haqqı hesabı Bank BTB-də olan müştərilər üçün istehlak krediti məhsullarının faizləri endirilib, digər şərtləri isə sadələşdirilib.

Yeni şərtlərə əsasən müştərilər “Nağd pul” kreditini AZN valyutasında 18%-dən, USD valyutasında isə 10%-dən başlayan illik faiz dərəcələri ilə 5000 AZN-dək zaminsiz əldə edə biləcəklər. Ümumilikdə isə 10000 AZN-dək və daha yüksək məbləğdə 36 ayadək kredit əldə etmək mümkündür.

Kredit kart məhsulu üzrə yeni şərtlərə əsasən müştərilər karta bağlı kredt xəttini AZN valyutasında 28%,  USD valyutasında isə 20% illik faiz dərəcəsi ilə 5000 AZN-dək zaminsiz əldə edə biləcəklər. Ümumilikdə isə 10000 AZN-dək və daha yüksək məbləğdə 24 ayadək kredit xətti əldə etmək mümkündür. 

Ən sərfəli kredit üçün müraciət et

Əmək haqqını Bank BTB vasitəsilə alan müştərilər üçün istehlak kreditlərinin yeni şərtlərinə əsasən müştərilər AZN valyutasında 18%-dən, USD valyutasında isə 10%-dən başlayan illik faiz dərəcələri ilə 5000 AZN-dək zaminsiz əldə edə biləcəklər. Kredit xəttini isə bu müştərilər AZN valyutasında 26%,  USD valyutasında isə 18% illik faiz dərəcəsi ilə əldə edə biləcəklər. Ümumilikdə isə 10000 AZN-dək və daha yüksək məbləğdə 36 ayadək kredit əldə etmək mümkündür.

Bank “BTB” ASC–nin təqdim etdiyi bütün məhsul və xidmətlər, xidmət nöqtələri və ATM-lərin yerləşməsi və digər ətraflı məlumat üçün bankın (012) 946 nömrəli Məlumat Mərkəzinə zəng edə,  www.btb.az saytına və ya Facebook səhifəsinə (www.facebook.com/bankbtb) daxil ola bilərsiniz.

 

Ən sərfəli krediti almaq üçün müraciət et