Bank “BTB” ASC filial şəbəkəsini genişləndirir | Banco.az

Bank “BTB” ASC filial şəbəkəsini genişləndirir

Bank “BTB” ASC filial şəbəkəsinin optimallaşdırılması layihəsi çərçivəsində xidmət nöqtələrinin sayını əsaslı olaraq artırmışdır. Belə ki, Bank BTB-nin “Sahil” və “28 May” adlı şöbələri ləğv edilərək, qeyd olunan şöbələrin hüquqi ünvanlarında fəaliyyət göstərəcək müvafiq olaraq “Sahil” və “28 May” adlı filiallarına isə bank fəaliyyətinin həyata keçirilməsi üçün icazələr verilmişdir. Bununla da, bankın Baş Ofisin nəzdində fəaliyyət göstərən Müştəri Xidmətləri Departamenti ilə yanaşı 13 filialı, 3 şöbəsi var.  

Bank “BTB”-nin xidmət nöqtələrində həm fiziki, həm də hüquqi şəxslərə geniş bank xidmətləri təklif edilir. Müştərilər hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və sair ödənişlər, lombard və ipoteka kreditləri, valyuta mübadiləsi və digər bank xidmətlərini təklif olunur.

Ən sərfəli kredit üçün müraciət et

Bank “BTB” 2010–ci ildə təsis olunub və universal maliyyə-kredit müəssisəsi olaraq bütün növ bank xidmətlərini göstərir.

Bank “BTB” ASC –nin təqdim etdiyi bütün məhsul və xidmətlər, xidmət nöqtələri və ATM-lərin yerləşməsi və digər ətraflı məlumat üçün bankın (012) 946 nömrəli Məlumat Mərkəzinə zəng edə,  www.btb.az saytına və ya Facebook səhifəsinə (www.facebook.com/bankbtb) daxil ola bilərsiniz..

Ən sərfəli krediti almaq üçün müraciət et