Bank Avrasiya ehtiyatlarını azaldır - HESABAT | Banco.az

Bank Avrasiya ehtiyatlarını azaldır - HESABAT

Bank Avrasiya 31 mart 2018-ci il tarixinə maliyyə göstəricilərini açıqlayıb.

Hesabata əsasən, bankın sözügedən tarixə cəmi aktivləri 162,216 mln. manat olub. Bu isə 2017-ci ilin ilk rübü ilə müqayisədə 10,7% çoxdur. Aktivlərin isə 14,068 mln. manatını nağd vəsaitlər, 24,835 mln. manatı Mərkəzi Bankda müxbir hesablardakı məbləğlər, 5,536 mln. manatı isə digər banklarda müxbir hesablardakı məbləğlərdir. 

Sözügedən tarixə, bank tərəfindən müştərilərə verilən kreditlərin cəmi məbləği 89,790 mln. manatdır.

Bankın cəmi öhdəlikləri 100,007 mln. manat olub ki, onun da 33,112 mln. manatını müştəri depozitləri təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Cəmi kapitalı artıb.

Bankın cəmi kapitalı 1 il ərzində 3,3% artaraq 62,214 mln. manata çatıb. Qeyd edək ki, bankın nizamnamə kapitalı 50 mln. manatdır. 

MƏNFƏƏTDƏDİR.

Cari ilin birinci rübündə xalis əməliyyat mənfəəti 1,380 mln. manat olan bank, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatlarını 1,853 mln. manat azaldıb və gəlirinə daxil edib. Nəticədə, Bank Avrasiyanın vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək xalis mənfəəti 3,234 mln. manat təşkil edib.

 

Ən sərfəli krediti almaq üçün müraciət et