Bank Avrasiya depozitlərinin həcmini 297 min manat azaldıb! | Banco.az

Bank Avrasiya depozitlərinin həcmini 297 min manat azaldıb!

Bank Avrasiya 2018-ci ilin ikinci rübündə aktivlərinin həcmini 162 mln 216 min manatdan 169 mln 444 min manata yüksəldib. Bu isə 4% artım edir.  Öhdəlikləri isə müvafiq olaraq 6% artıb.

Kredit portfeli 1 mln 38 min manat artan bankın hazırda kreditlərinin həcmi 90 mln 828 min manatdır. Depozit portfeli isə 33 mln 111 min manatdan 32 mln 814 min manata düşərək 297 min manat azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Kapitalı 2% artaraq, 63 mln 681 min manat olub, məcmu kapitalı da 2% artaraq 63 mln 194 min manat olub.

Bank mənfəətini 3 mln 224 min manatdan 4 mln 645 min manata yüksəldərək 44% artırıb.

Ən sərfəli krediti almaq üçün müraciət et