Bank 678,5 milyon manat dəyərində kredit verib | Banco.az

Bank 678,5 milyon manat dəyərində kredit verib

“Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) aktivləri son bir ildə 22,7% artaraq 2015-ci il yanvarın 1-nə 8,8 mlrd. manata çatıb.

Bu barədə bankın mətbuat xidmətindən məlumat verilib.

Bankın kredit portfeli 2013-cü illə müqayisədə 16,6% artaraq 2015-ci il yanvarın 1-nə 5,868 mlrd. təşkil edib. Fiziki şəxslərə isə 678,5 mln. manat dəyərində kredit verilib.

Ən sərfəli kredit üçün müraciət et

Ötən il ərzində əhali tərəfindən banka 117,3 milyon manat həcmində əmanət qoyulub. Beləliklə, 2015-ci il yanvarın 1-nə əhalinin ABB-dəki əmanətlərinin həcmi 1,730 milyard manata bərabər olub.

Abb-nin məcmu kapitalı 1 008,4 mln. manata çatıb. Bankın nizamnamə kapitalının həcmi isə 590,2 mln. manata çatdırılıb.

Hesabat dövründə bankın gəlirləri 585,8 mln. manat təşkil edib. Xalis mənfəət isə 64,5 mln. manat olub.

Ən sərfəli krediti almaq üçün müraciət et