Bakıda mənzillər ucuzlaşıb - SƏBƏB | Banco.az

Bakıda mənzillər ucuzlaşıb - SƏBƏB

Bu ilin yanvar ayında Bakıda mənzillərin qiyməti ucuzlaşıb. Bunu daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

N.İbrahimov bildirib ki, Bakıda təkrar mənzil bazarında qiymətlər ay ərzində 0.1 faiz azalıb, lakin ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.41 faiz artıb.

Ekspert bildirib ki, ilkin mənzil bazarında da ay ərzində qiymətlər ucuzlaşıb. Beləki, ilkin mənzil bazarında 1.27 faiz ucuzlaşma, il ərzində isə 9.3 faiz artım müşahidə edilib.

Ən sərfəli kredit üçün müraciət et

N.İbrahimov bildirib ki, yeni ilin ilk ayında məzillərin qiymətinin ucuzlaşması bazarda aktivliyin aşağı düşməsi ilə bağlıdır. Onun sözlərinə görə, ilin ilk ayında ənənəvi olaraq bazarda aktivlik düşür, lakin sonrakı aylarda yenidən canlanma başlayır.

Qeyd edək ki, 2018-ci ilin son ayında isə Bakıda mənzil bazarında qiymətlərdə artım qeydə alınmışdı. Belə ki, ötən ilin dekabr ayı ərzində təkrar mənzil bazarında qiymətlərdə artım 1.76 faiz, ilkin mənzil bazarında isə 6.11 faiz təşkil edib.

Trend.az

Ən sərfəli krediti almaq üçün müraciət et