Bakıda “Maliyyə və rəqəmsal texnologiyalar həftəsi” keçiriləcək | Banco.az

Bakıda “Maliyyə və rəqəmsal texnologiyalar həftəsi” keçiriləcək

Azərbaycan Respublikasının Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” və 26 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi, yeni rəqəmsal ödəniş texnologiyalarının tətbiqi, habelə rəqəmsal ödənişlər üzrə maarifləndirmə və təbliğatın gücləndirilməsi üzrə prioritet hədəflərinicrası çərçivəsində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının təşkilatçılığı ilə 13-17 may tarixləri“Maliyyə və rəqəmsal texnologiyalar həftəsi” keçiriləcək.

Həftə çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzivə Azərbaycan Banklar Assosiasiyası arasında maliyyə və rəqəmsal texnologiyaların inkişafıvə tətbiqinin genişləndirilməsi sahəsində əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması nəzərdə tutulmuşdur. Anlaşma memorandumu əsasında ölkə səviyyəsində maliyyə və rəqəmsal texnologiyaların tətbiqi və onlardan istifadənin genişləndirilməsi, innovativ məhsul və xidmətlər, texnoloji nailiyyətlər üzrə qarşılıqlı məlumat mübadiləsinin aparılması və təcrübənin bölüşülməsi, “fintex”lərin fəaliyyətinin dəstəklənməsi və onların maliyyə şirkətləri, həmçinin banklarla əməkdaşlığınıngücləndirilməsi və digər sahələrdə birgə əməkdaşlıq üzrə vahid platforma formalaşdırılacaqdır.

Həftə çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası, digər aidiyyəti dövlət qurumları, Azərbaycan Banklar Assosiasiyası, habelə rəqəmsal transformasiya sahəsində qabaqcıl banklar və ödəniş ekosistemində təmsil olunan təşkilatların iştirakı ilə silsilə tədbirlər keçiriləcəkdir. Belə ki, bir sıra banklarda fintexlər üçün açıq qapı günləri, universitet tələbələrinin rəqəmsal laboratoriyalara səfəri və həyata keçirilən layihələrlə tanışlıq, bank mütəxəssislərinin rəqəmsal ödənişlər vəinnovativ texnologiyalar, habeləkibertəhlükəsizlik üzrə bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə maarifləndirici tədbirlər təşkil ediləcəkdir. “VisaInc.” beynəlxalq kart təşkilatı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilatlarının ekspertləri tərəfindən rəqəmsalödənişlərdə alternativ xidmət kanallarından istifadə, ödəniş kartları ilə aparılan əməliyyalarda fırıldaqçılıq hallarına qarşı mübarizə mövzusunda seminarlarkeçiriləcəkdir.Həmçinin, ödəniş ekosistemindəinnovasiyaların tətbiqi və rəqəmsalbankçılığın inkişaf etdirilməsi mövzusunda beynəlxalq təşkilatlar ilə qarşılıqlı görüşlərtəşkil ediləcəkdir.

Ən sərfəli kredit üçün müraciət et

“Maliyyə və rəqəmsal texnologiyalar həftəsi” çərçivəsində 16-17 may tarixlərində “Fintex Sammit - Maliyyə və Texnologiyalar Sammiti” keçiriləcəkdir.Rəqəmsal transformasiya əsasında müasir bank sisteminə keçid, ödəniş ekosistemində son trendlər və innovativ ödəniş həlləri, rəqəmsal mühitdə informasiya təhlükəsizliyi və digər mövzuların müzakirə olunacağı bu sammitdəAvropa Banklar Federasiyası, Beynəlxalq Maliyyə Korporasiyası, “VİSA Inc.”, “MasterCardWorldwide”, “American Express”, Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Sistemi(SWIFT) kimi beynəlxalq təşkilatlarla yanaşı, Amerika Birləşmiş Ştatları, Yaponiya, Çin, Avropa Birliyi və Müstəqil Dövlətlər Birliyi ölkələrindənelektron ödənişlər və rəqəmsalbankçılıq sahəsində qabaqcıl təşkilatlarının nümayəndələri iştirak edəcəkdir.

Ümumilikdə “Maliyyə və rəqəmsal texnologiyalar həftəsi”nin keçirilməsi rəqəmsal texnologiyaların tətbiqinin təşviqi, banklarla fintexlər arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, beynəlxalq təcrübədə uğurlu layihələrlə tanışlıq və təcrübə mübadiləsinin aparılması, habelə ictimaiyyətin müxtəlif təbəqələrinin rəqəmsalbankçılıq, elektron ödənişlər vəkibertəhlükəsizlik mövzusunda maliyyə savadlılığının yüksəldilməsi baxımından mühüm royoynayacaqdır.

Ən sərfəli krediti almaq üçün müraciət et