Bakıda “Avropa Banklar Federasiyasının Assosiativ üzvlərinin 48-ci iclası” keçirilib | Banco.az

Bakıda “Avropa Banklar Federasiyasının Assosiativ üzvlərinin 48-ci iclası” keçirilib

13-17 may tarixləri arasında keçirilən “Maliyyə və Rəqəmsal Texnologiyalar Həftəsi” və keçən həftənin sonunda işini başa vurmuş  “FINTEX SAMMİT – Maliyyə və Texnologiyalar Sammiti”-ndən sonra,  20 may 2019-cu il tarixində Bakıda Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə “Avropa Banklar Federasiyasının Assosiativ üzvlərinin 48-ci iclası” öz işinə başlayıb.

İclasda Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev və  Avropa Banklar Federasiyasının siyasəti üzrə Baş İcraçı direktoru Sebastiyan  De  Brauver  açılış nitqi ilə çıxış edib.

Daha sonra Sebastiyan  De  Brauver Avropa bank-maliyyə sektorunda baş verən inkişaf  trendləri haqqında iclas iştirakçılarına məlumat verib.

İclasda Azərbaycan Banklar Assosiasiyasının İcraçı direktoru Yunus Abdulov ölkənin bankçılıq sektorunda inkişaf meylləri ilə bağlı çıxış edib.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycan Banklar Assosiasiyasının təklifinə əsasən tədbirin gündəliyinə daxil olunan məsələlər sırasında rəqəmsallaşma, ödəniş ekosisteminin inkişafı, girovun realizasiyası,  məhkəmə qərarlarının icrası sahəsində tətbiq olunan yeniliklər və innovativ metodlar ətrafında geniş fikir mübadiləsi aparılıb, Avropa bankları bu istiqamətdə öz təcrübələrilə bölüşüblər.

İclasın sonunda ABF-nın 49-cu iclasının Brüsseldə keçirilməsi qərara alınıb.

Qeyd edək ki, Avropa Banklar Federasiyası Avropada bank sektorunun səsi olmaqla Avropanın 32 milli bank assosiasiyasını birləşdirir, bu assosiasiyalar Avropada ümumilikdə 4500 avropa banklarını, 2.5 milyon bank əməkdaşını təmsil edir. ABA 2008-ci ilin fevral ayından Avropa Bank Federasiyasının (ABF) assosiativ üzvüdür.

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç