Bakıda 570 ucuz mənzil SATIŞA ÇIXARILDI – QİYMƏTLƏR | Banco.az

Bakıda 570 ucuz mənzil SATIŞA ÇIXARILDI – QİYMƏTLƏR

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) güzəştli mənzillərin növbəti partiyasını satışa çıxarıb.

Mənzillərin satışı oktyabrın 16-da saat 11-dən başlayacaq və bir ay davam edəcək.

Bu dəfə satışa ümumilikdə 570 mənzil çıxarılacaq. Mənzillərin 330-u iki otaqlı, 140-ı 3 otaqlı, 90-ı isə 1 otaqlıdır.

1 otaqlıların sahəsi 31-33 kvadratmetr , 2 otaqlı mənzillərin sahəsi 50-57 kvadratmetr, 3 otaqlıların sahəsi 69-70 kvadratmetr arasında dəyişir.

1 otaqlıların qiyməti 29,2 min manatdan, 2 otaqlıların qiyməti 47,6 min manatdan, 3 otaqlaların qiyməti isə 67 min manatdan başlayır.

Ən sərfəli kredit üçün müraciət et

Mənzillər əvvəlcədən elan edilmiş güzəştli mənzil hüququ əldə etmiş şəxslərə güzəştli ipoteka krediti ilə satılacaq. İpoteka kreditləri 3-30 il müddətinə illik 4%-lə verilir, ilkin ödəniş azı 10% olmalıdır. Bu hesabla 1 otaqlı mənzil üçün aylıq ödəniş 129-136 manat, 2 otaqlı mənzil üçün aylıq 205-236 manat, 3 otaqlı mənzillər üçün isə 284-288 manat arasında dəyişir.

Mənzilləri öz pulu ilə nağd almaq istəyənlərə 10% endirim olacaq.

Fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et