Bakı Banklararası Valyuta Birjasında hərracların yekunları | Banco.az

Bakı Banklararası Valyuta Birjasında hərracların yekunları

Bakı Banklararası Valyuta Birjasının elektron hərraclar sistemində (BEHS) avqustun 26-da keçirilən hərracların yekunlarına görə, USD/AZN orta birja məzənnəsi 1 ABŞ dolları üçün 0,7829 AZN-ə bərabər olub.
Birjanın informasiya-təhlil şöbəsindən bildiriblər ki, elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN məzənnəsi 1 dollar üçün 0,7829 AZN-ə bərabər idi.
Səhər sessiyasında USD/AZN T+0 aləti üzrə 227.476 AZN həcmində əqd qeydə alınıb.
Səhər sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7844 AZN olub.
Gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə heç bir əqd qeydə alınmayıb.
Gündüz sessiyasının orta hesablanmış məzənnəsi dəyişməyib.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə 290.000 ABŞ dolları və ya manat ekvivalenti ilə 227.476 AZN həcmində əqd qeydə alınıb.
USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə əqdlər bağlanmayıb.
EUR/AZN və RUB/AZN alətləri üzrə bank sifarişləri qeydə alınmayıb.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 13,33 faiz, ABŞ dolları üzrə isə illik 13,67 faiz təşkil edib.
Avqustun 26-da birjada banklararası kredit alətləri üzrə əqdlər bağlanmayıb.

Ən sərfəli kredit üçün müraciət et

AzərTAc

Ən sərfəli krediti almaq üçün müraciət et