Bakı asiyalı turistlərin seçimi sırasında birinci olub | Banco.az

Bakı asiyalı turistlərin seçimi sırasında birinci olub

Sinqapurun məşhur “The Straits Times” qəzetində “2017-ci ildə hara getməli” səhifəsində “Köhnə və Yeni Bakı, Azərbaycan” başlıqlı məqalə dərc edilib.

Məqalədə Bakını Asiya və Avropa arasındakı “cəvahir” adlandıran məqalədə qeyd edilir ki, şərq və Avropa mədəniyyətlərini özündə cəmləşdirən bu şəhərə sinqapurluların səyahət səbətində çox az rast gəlinsə də, məşhur turizm səhifəsi “TripAdvisor” Bakını ötən ay Asiyalı turistlərin seçimləri arasında ilk yer tutduğunu elan edib.

Məqalədə həmçinin İçəri Şəhər–Şirvanşahlar sarayı və Qız Qalası haqqında qısa məlumat verilir, onların UNESCO-nun Dünya Mədəni İrsləri siyahısında olduğu nəzərə çatdırılır.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycan mətbəxindən – kabab, paxlava və ənənəvi çay evlərindən söhbət açılır, İçəri Şəhərin ətrafındakı müasirliyə də diqqət yetirilir, “Alov Qüllələri”, “Heydər Əliyev Mərkəzi”ndən bəhs edilir. Məqalənin ən maraqlı tərəfi isə “TripAdvisor” səhifəsinin Azərbaycan ilə bağlı diqqət yetirdiyi iki xüsusiyyətin qeyd olunmasıdır. Bunlardan birincisi, Azərbaycanda çörəyin müqəddəs hesab edilməsi və yüksək hörmət əlaməti olaraq köhnəlmiş çörək qırıntılarının ağacdan asılması və ya divarların üstünə qoyulmasıdır. İkincisi isə Naftalan nefti və onun müalicəvi əhəmiyyətidir.

Mənbə: Trend.az

Ən sərfəli krediti almaq üçün müraciət et