B2B, B2C və C2C arasındakı fərqlər nədir? | Banco.az

B2B, B2C və C2C arasındakı fərqlər nədir?

B2B - İngiliscə "Business to Business” termini “Biznesdən biznesə” kimi tərcümə olunur. Bu, şirkətlər arası ticarət, marketinq və satış üçün verilən qısa addır. Bu, bir şirkətin məhsul və xidmətlərinin başqa firmaya satıldığı anlamına gəlir.

Reklam agentlikləri B2B üçün mükəmməl bir nümunədir. Reklam agentlikləri müştərisi olduqları şirkətin tələblərinə uyğun olaraq yaradıcı dizaynları istehsal edir və bu dizaynların həyata keçirilməsini təmin edir. Öz məhsulunu başqa bir şirkətə satır.

B2C - İngilis dilində “Business To Customer” olan termin "Biznesdən Müştəriyə" kimi tərcümə olunur. Ən çox istifadə edilən e-ticarət üsuludur. Hər bir pərakəndə satış üçün çox vacib olan B2C modelində şirkətlər öz virtual mağazalarında məhsul və xidmətlər təqdim edərək, istehlakçıları ilə saytlar vasitəsilə əlaqə quraraq, axtardıqlarını və online ya da offline satışı tamamlamaları üçün planlar tərtib edirlər. Amazon B2C modelinin bir nümunəsidir. İnternetə çıxışı olan hər kəsə istənilən vaxt fərqli yerlərdən gələn hər cür məhsul təklif edir.

B2B və B2C arasındakı fərqlər nədir?

Hədəf auditoriyası baxımından düşünsək, onların arasındakı ən böyük fərq ortaya çıxır. B2B şirkətlərə, B2C isə istehlakçılara ünvanlanır.

  • B2B-də məhsulların çatdırılması, qiyməti və ödəniş şərtləri danışıqlara açıqdır və ya hər dəfə dəyişə bilər. B2C-də isə qiymətlər və məhsullar dərc olunur, müştərinin təslim şərtləri və qiymət üzrə danışıqlar şansı yoxdur.
  • B2B-də alış-veriş etmək qərarı firmanın marağında olsa da, B2C-də emosional faktor və xüsusi hallar meydana çıxır.
  • Alış-veriş vərdişləri də fərqlidir. Məsələn, B2C-də eyni alış-veriş təkrarlana bilməz və ya eyni məhsula ehtiyac olmaya bilər, amma B2B-də məhsulların alınması müəyyən dövrlərdə təkrarlanacaq.
  • Veb sayt tərəfindən baxılsa, B2B e-ticarətdə müştərilər məhsul çeşidinə və istifadə rahatlığına baxırlar, B2C isə prioritet dizayndır. Daha cəlbedici və diqqət çəkən dizayn, daha çox müştəriyə çatacaq.

C2C - İngiliscə “Customer To Customer” olan termin "Müştəridən müştəriyə" kimi tərcümə olunur. C2C, e-ticarətdə istehlakçıların onlayn alış-verişidir. Dünyada E-bay C2C-nin ən tanınmış nümunəsidir. Ölkəmizdə isə lalafo.com-u misal göstərmək olar.

Ən sərfəli kredit üçün müraciət et

C2C evinizi və ya avtomobilinizi başqasına satmaq və ya almaq, ikinci əl məhsulu satmaq və auksion ilə məhsullar almaq məqsədi daşıyır.

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et