Azexport portalı beynəlxalq “TransCaspian 2019” sərgisində təmsil olunur | Banco.az

Azexport portalı beynəlxalq “TransCaspian 2019” sərgisində təmsil olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport Portalı XVIII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika - “TransCaspian 2019” və IX Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat - “Road & Traffic 2019” sərgilərində “Səyyar Xidmət Mərkəzi” ilə təmsil olunur.  

Qeyd edək ki, sərgidə Azərbaycan, Belarus, Rusiya, Türkiyə, Ukrayna və bir sıra digər ölkələri də daxil olmaqla 10 ölkədən 75 şirkət iştirak edir. 

Azexport portalının menecer Ayxan Qədəşov bildirib ki, beynəlxalq sərgidə iştirak əməkdaşlıq baxımından çox önəmlidir: “Azexport portalı fəaliyyət göstərdiyi 3 il müddətində 1 milyard ABŞ dollarından artıq ixrac sifarişi alaraq yerli istehsalçılara təqdim edib. Sifarişlər Avropa və Ərəb ölkələri ilə yanaşı Amerika və Okeaniya ölkələrindən də daxil olub. Portala daxil olan sifarişlərin yerinə yetirilməsi üçün beynəlxalq yük daşıma şirkətləri ilə sıx əməkdaşlıq portal üçün çox önəmlidir. Bu səbəbdən portal digər aidiyyəti sərgilərdə olduğu kimi bu sərgidə də öz “Səyyar Xidmət Mərkəzi” ilə təmsil olunub. Sərgi ərəfəsində yerli və xarici ziyarətçilərə portalın imkanları barədə məlumatlar təqdim olunur.”

Ən sərfəli kredit üçün müraciət et

Əlavə edək ki, sərginin ilk günündən “Səyyar Xidmət Mərkəzi” vasitəsi ilə 10-dək yeni şirkətlə əməkdaşlıq üzrə ilkin danışıqlara başlanılıb.

 

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et