“Azərpoçt”da kredit verilməsi üzrə hazırlıq işləri tamamlanmaq üzrədir | Banco.az

“Azərpoçt”da kredit verilməsi üzrə hazırlıq işləri tamamlanmaq üzrədir

Xatırlayırsınızsa, bir müddət əvvəl “Azərpoçt”un öz müştərilərinə bəzi bank xidmətləri təklif etməyə hazırlaşdığı barədə məlumat vermişdik. Qeyd edək ki, bank xidmətləri dedikdə, əsasən, kreditlərin verilməsi nəzərdə tutulur. Nəzərinizə çatdıraq ki, hal-hazırda qurumun bütün filialları bu istiqamətdə hazırlıq işlərini demək olar ki, tamamlamaq üzrədir. Prosesin son mərhələsində isə işçilərin treninqlərdən keçirilməsi nəzərdə tutulub. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi isə artıq lisenziyanın alınması məqsədilə Mərkəzi Banka müraciət edib. Bu isə o deməkdir ki, artıq yaxın gələcəkdə “Azərpoçt”un bank xidmətlərindən faydalanmaq mümkün olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Sevinc İbadova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et