“Azərmarka” ötən ili mənfəətlə başa vurub | Banco.az

“Azərmarka” ötən ili mənfəətlə başa vurub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərmarka” MMC 2018-ci ili 16 370 manat mənfəətlə başa vurub.

Sənədə əsasən, ötən il “Azərmarka”nın gəlirləri 907 191 manat, o cümlədən əsas əməliyyat gəlirləri 896 511, sair əməliyyat gəlirləri isə 10 680 manat təşkil edib. Qurumun xərcləri isə 890 821 manat, o cümlədən istifadə edilmiş material ehtiyatları üzrə xərcləri 698 967 manat, işçi heyəti üzrə xərcləri 154 610 manat, amortizasiya xərcləri 3 151 manat, digər əməliyyat xərcləri 29 053 manat, sair əməliyyat xərcləri isə 5 040 manat olub. 

Ən sərfəli kredit üçün müraciət et

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç