“Azərişıq” şimal bölgəsində güclü külək ilə əlaqədar önləyici tədbirlər görür | Banco.az

“Azərişıq” şimal bölgəsində güclü külək ilə əlaqədar önləyici tədbirlər görür

“Hazırda Şimal bölgəsində (Yalama, Xaçmaz) güclü külək başlayıb və baş verə biləcək elektrik enerjisi kəsintisinin və qəza hallarının qarşısını almaq üçün “Azərişıq” ASC önləyici tədbirlər görür”. 

Bunu açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, səhmdar cəmiyyətin Şimal Regional Enerji Təchizatı və Satışı idarəsinin (RETSİ) baş verə biləcək qəzaların qarşısını almaq üçün əlavə texnika və canlı qüvvə cəlb edib: “Qarşıdakı saat ərzində Şimal bölgəsində, Bakıda və Abşeron yarımadasında küləyin sürəti 30-33 m/s çatacağı ilə bağlı məlumat əldə etmişik. Hazırda əməkdaşlarımız və texnikamız hazır vəziyyətdədir. Əməkdaşlarımız bütün əlavə mal-materiallarla təchiz olunub. Baş verə biləcək hər-hansı kəsinti yaxud qəzanın fəsadlarını aradan qaldırmağa çalışacağıq”.

Ən sərfəli kredit üçün müraciət et

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et