Azərbaycanlı milyarder "Forbes"in siyahısında gerilədi | Banco.az

Azərbaycanlı milyarder "Forbes"in siyahısında gerilədi

Dünyanın nüfuzlu "Forbes" jurnalı Rusiyanın ən varlı 20 milyarderinin adını açıqlayıb. 

"USM Holdings"in təsisçisi və "Qazprominvestholdinq" şirkətinin baş direktoru Alişer Usmanov siyahıya başçılıq edir. Rusiyanın ən varlı şəxsi olan Usmanovun 18,6 mlrd. dollar pulu var.

Siyahıda ikinci yerdə isə 17,6 milyardlıq varidatı ilə Mixail Fridman yer alıb. "Alfa-Qrup" şirkətinin direktorlar şurasının sədri ikinci dəfə öz mövqeyni qoruyub saxlayıb. 

Üçüncü yerdə isə "Renova" şirkətinin rəhbəri Viktor Vekselberq tutub. Onun varidatı isə 17,2 milyard dollardır.

Siyahıda ötən ay 5-ci pillədə olan azərbaycanlı biznesmen Vaqif Ələkbərov son göstəricilərə görə iki pillə geriləyərək 7-ci sırada qərarlaşıb. "Lukoil" şirkətinin prezidenti 13,6 mlrd. dollarlıq varidata sahibdir. 

Tanınmış biznesmen, eyni zamanda "Çelsi" klubunun prezidenti Roman Abramoviç isə siyahıda 14-cü yerdədir. Milyarderin şəxsi var-dövləti 9,1 mlrd. dollardır.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: anspress.com

Ən sərfəli krediti almaq üçün müraciət et