Azərbaycanlı milyarder "ABB-Moskva"nın torpaq sahəsini almaq istəyir | Banco.az

Azərbaycanlı milyarder "ABB-Moskva"nın torpaq sahəsini almaq istəyir

Azərbaycanlı milyarderlər Qod Nisanov və Zarax İliyevə məxsus "Kiyev meydanı" şirkəti Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəməsi olan "ABB-Moskva" MMC-yə məxsus iri torpaq sahəsini almaq niyyətindədir.

"APA-Economics" xəbər verir ki, bunu "Forbes" jurnalına müsahibəsində Q. Nisanov bildirib.

Torpaq sahəsi Moskvanın mərkəzi hissəsində - Arbat küçəsi ilə bulvarın kəsişməsində yerləşir.

Ən sərfəli kredit üçün müraciət et

"Biz bu layihəyə maraq göstərirdik. Bilirsiniz ki, bu, Azərbaycan Beynəlxalq Bankının layihəsidir. Lakin hələlik heç bir perspektiv görmürəm. Bank bu torpaq sahəsinin satılıb-satılmayacağına dair qərar verməyib. Əvvəlcə onlar danışıqlara başladılar, sonradan isə dayandırdılar".

Qeyd edək ki, "Kiyev meydanı" "Forbes" jurnalının reytinqinə əsasən Rusiyanın 96-cı ən iri şirkətidir. 2017-ci ildə şirkətin həmtəsisçiləri Q. Nisanov və Z. İliyev ardıcıl altıncı dəfə Rusiyada daşınmaz əmlakdan ən çox gəlir (1,27 mlrd. dollar) əldə edən iş adamları seçiliblər.

Ən sərfəli krediti almaq üçün müraciət et