Azərbaycanla Türkiyənin ticarət dövriyyəsində müsbət saldo | Banco.az

Azərbaycanla Türkiyənin ticarət dövriyyəsində müsbət saldo

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 1 911,2 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35,2 faiz çoxdur. Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, cari ilin ilk altı ayında Azərbaycandan Türkiyəyə ixracın dəyəri 1.233,8 mln. dollar, idxalın dəyəri isə 677,4 mln. dollar təşkil edib. Nəticədə 556,4 mln. dollarlıq müsbət saldo yaranıb, halbuki ötən ilin ilk altı ayında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsində 109 mln. dollarlıq mənfi saldo qeydə alınmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Ötən ilin ilk yarısı ilə müqayisədə hesabat dövründə ixrac 89,1 faiz artıb, idxal isə 11 faiz azalıb.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et