Azərbaycanla Özbəkistan arasında qarşılıqlı turizm axını təmin ediləcək | Banco.az

Azərbaycanla Özbəkistan arasında qarşılıqlı turizm axını təmin ediləcək

Azərbaycan Turizm Assosiasiyası (AZTA) və Özbəkistanın Turizmin İnkişafı üzrə Dövlət Komitəsi, Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü çərçivəsində, Əməkdaşlıq haqqında Memorandum imzalayıblar. Əməkdaşlıq haqqında Memorandum tərəflər arasında turizmin inkişafı sahəsində birgə əməkdaşlıq, o cümlədən məlumat mübadiləsi, qarşılıqlı turizm səfərlərinin təşkili, birgə turizm məhsullarının yaradılması və tətbiqi, eləcə də qarşılıqlı turizm axınının təmin edilməsi məqsədilə turizm potensialının fəal təşviqi tədbirlərini nəzərdə tutur.

AZTA rəhbəri Nahid Bağırov Memorandumun əhəmiyyətindən, ölkələrimiz arasında turizm münasibətlərinin genişlənməsinə verəcəyi töhfədən danışıb: "Memorandumun Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü çərçivəsində imzalanması bizim üçün əlamətdar hadisədir. Azərbaycan Turizm Assosiasiyası ölkənin turizm potensialının təbliğinin bütün dünyada, o cümlədən qonşu ölkələr arasında genişləndirilməsi fəaliyyətini davam edir. Həm Azərbaycan turistləri, həm Özbək turistləri üçün təşkil olunacaq tədbirlər birmənalı şəkildə maraqlı olacaq, inanıram ki, bu tədbirlərin nəticəsi olaraq, qarşılıqlı turizm axınını təmin edə bilərik".

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Özbəkistanın Turizmin İnkişafı üzrə Dövlət Komitəsinin Azərbaycan tərəfdaşı "The Prime" şirkətidir.

Ən sərfəli krediti almaq üçün müraciət et