Azərbaycanın xidmətlər və ilkin gəlirlər balansı hələ də kəsirlidir | Banco.az

Azərbaycanın xidmətlər və ilkin gəlirlər balansı hələ də kəsirlidir

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın cari əməliyyatlar balansının profisiti 5 milyard 88,1 milyon ABŞ dolları təşkil edib ki, bu da xarici ticarət balansında 7 milyard 335,1 milyon dollarlıq profisit, xidmətlər balansındakı 1 milyard 309,1 milyon dollarlıq kəsir, ilkin gəlirlər balansındakı 1 milyard 488,5 milyon dollarlıq kəsir (o cümlədən investisiya gəlirlərinin repartiasiyasındakı 1 milyard 191,3 milyon dollarlıq kəsir) və təkrar gəlirlər balansındakı 550,6 milyon dollarlıq profisit hesabına formalaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Bu, 2018-ci ilin yanvar-sentyabr ayları üçün Azәrbaycan Respublikasının Tədiyyə balansı hesabatından məlum olur.

Son 1 ildə xarici ticarət balansının profisiti 66,6% artıb, xidmətlər balansının kəsiri 49,3%, ilkin gəlirlər balansının kəsiri 18% azalıb (o cümlədən investisiya gəlirlərinin repartiasiyasındakı kəsiri 35,5% artıb) azalıb, təkrar gəlirlər balansının profisiti 9,1% artıb.

© Renkinq

Ən sərfəli krediti almaq üçün müraciət et