Azərbaycanın xarici dövlət borcunda nə qədər dəyişiklik olub? | Banco.az

Azərbaycanın xarici dövlət borcunda nə qədər dəyişiklik olub?

Bəzən dövlətlər sosial-iqtisadi xərclərinin və büdcə kəsirinin maliyyələşdirilməsi üçün borclanmaya məruz qalır. Dövlət bunun üçün ölkə daxilindən fiziki və ya hüquqi şəxslərdən və ya digər dövlət və qurumlardan borc götürür. Bu borclar həm kredit şəklində, həm də hökumətin adından buraxılan qiymətli kağızlar şəklində ola bilər. 

Aşağıdakı cədvəldə keçən ilin məlumatlarına əsaslanmış dünya üzrə ən çox dövlət borcu olan ölkələr qeyd olunmuşdur. Ölkələrə diqqət yetirsək, ən çox borcu olanların məhz ən çox inkişaf edən ölkələr olduğunu görərik. 

Ölkələr

Dövlət borcu
ABŞ 19.23 trilyon dollar
Yaponiya 9.087 trilyon dollar
İtaliya 2.48 trilyon dollar
İspaniya 1.24 trilyon dollar
Belçika 456 milyard dollar
Yunanıstan 379 milyard dollar
Portuqaliya 264 milyard dollar
Sinqapur 254 milyard dollar
Kipr 21.64 millyard dollar
Butan 2.33 milyard dollar

Azərbaycanın dövlət borclarına diqqət yetirsək, 2011-ci ildən bu ilə qədər 2.3 dəfə artmışdır. ÜDM-da payı isə 7.4%-dən 19%-ə qədər artmışdır. Lakin keçən ilə nisbətən 0.5 milyard dollar azalma müşahidə olunmuşdur. Keçən ilə nəzərən dövlət borcunun ÜDM-də faiz nisbəti isə 1.8% azalmışdır.

Ən sərfəli kredit üçün müraciət et

*Qrafik Maliyyə Nazirliyinin saytına istinadən hazırlanmışdır.

Tərlan Qəhrəmanova, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et