Azərbaycanın xarici dövlət borcu azalıb | Banco.az

Azərbaycanın xarici dövlət borcu azalıb

Bu il yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 8 milyard 927,1 milyon ABŞ dolları təşkil edib.

Maliyyə Nazirliyinin məlumatına görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 5% azdır.

2018-ci ildə xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti isə 22,8%-dən 19%-ə düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et