Azərbaycanın valyuta ehtiyatları illik müqayisədə 3% artıb | Banco.az

Azərbaycanın valyuta ehtiyatları illik müqayisədə 3% artıb

Azərbaycanın valyuta ehtiyatları 2017-ci il oktyabrın 1-nə 41 187,5 mln. ABŞ dolları təşkil edib.

Bunun 87,45%-i və yaxud 36,02 mlrd. dolları Azərbaycan Dövlət Neft Fondunun (ARDNF), 12,55%-i və yaxud 5 167,5 mln. dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Bu ilin III rübündə ölkənin valyuta ehtiyatları 1 432,5 mln. dollar və yaxud 3,6% artıb. Artım ARDNF-in valyuta ehtiyatlarında 1 229,1 mln. dollar və yaxud 3,53%, AMB-nin valyuta ehtiyatlarında isə 203,4 mln. dollar və yaxud 4,1% olub.

Son bir ildə isə ölkənin valyuta ehtiyatları 1 232,7 mln. dollar və yaxud 3,09% artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 197,9 mln. dollar və yaxud 0,55% artıb, AMB-nin valyuta ehtiyatları isə 1 034,8 mln. dollar və yaxud 25,04% artıb.

  ARDNF-in 
valyuta ehtiyatları
(mln. ABŞ dolları)
AMB-nin 
valyuta ehtiyatları
(mln. ABŞ olları)
Azərbaycanın 
məcmu valyuta ehtiyatları 
(mln. ABŞ dolları)
01.10.2017 36 020,0 5 167,5 41 187,5
01.07.2017 34 790,9 4 964,1 39 755,0
01.04.2017 33 207,2 4 432,7 37 639,9
01.01.2017 33 147,0 3 974,4 37 121,4
01.10.2016 35 822,1 4 132,7 39 954,8

Mənbə: Report.az 

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et