Azərbaycanın tədiyyə balansının profisiti 56% artıb | Banco.az

Azərbaycanın tədiyyə balansının profisiti 56% artıb

2019-cu ilin I rübü üzrə Azərbaycan Respublikasının tədiyyə balansı açıqlanıb.

Tədiyə balansının ümumi saldosu (profisiti) 2 milyard 19,3 milyon dollar təşkil edib.

2018-ci ilin I rübündə tədiyə balansının ümumi saldosu 1 milyard 295.8 milyon dollar təşkil etmişdi. Beləliklə, saldo 55,8% artıb.

"2019-cu ilin I rübü üzrə tədiyə balansının ümumi profisiti həm neft qiymətinin yüksək olması, həm də Cari Əməliyyatlar Balansında (CƏB) yaranmış müsbət tendensiyalar hesabına formalaşmışdır. Cari Əməliyyatlar Balansında yaranmış 1.6 mlrd.dollarlıq profisit ehtiyat aktivlərinin artmasını şərtləndirmişdir

2019-cu ilin I rübü üzrə cari əməliyyatlar hesabında 1.6 mlrd.dollar (ötən ilə müvafiq dövrünə nəzərən (ö.i.m.d.n.) 3% artım) məbləğində profisit yaranmış, o cümlədən neft-qaz sektoru üzrə profisit ö.i.m.d.n. 4.6% (129 mln.dollar) artaraq 3 mlrd.dollar, qeyri-neft sektoru üzrə CƏB kəsiri isə 6.4% (82 mln.dollar) artaraq 1.4 mlrd.dollar məbləğində olmuşdur. Nəticədə cari hesabın neft-qaz sektorunun profisiti qeyri-neft sektoru üzrə kəsiri tam örtmüşdür",- Mərkəzi Bankın məlumatında deyilir. 

 

TƏDİYƏ BALANSI NƏDİR?

Tədiyə balansı ölkənin beynəlxalq iqtisadi əlaqələrinin mədaxil və məxaric formasında valyuta ilə ifadə olunmuş dəyəridirBaşqa sözlə, tədiyə balansı beynəlxalq iqtisadi əməliyyatların həyata keçirilməsi nəticəsində milli iqtisadiyyata daxil olan və xaricə çıxarılan valyuta vəsaitləri arasında nisbəti müəyyən edir.

Ən sərfəli kredit üçün müraciət et

Başqa sözlə, tədiyə balansı ölkə rezidentlərinin müəyyən dövr ərzində qeyri-rezidentlərlə apardığı iqtisadi əməliyyatların məcmusunu əks etdirən statistik hesabat sistemidir.

İnstitusional vahidin rezidentlik statusu onun hər hansı bir ölkənin iqtisadi ərazisini öz iqtisadi maraqlarının mərkəzi seçməsi və bu əraziyə sıx bağlılığı ilə müəyyən edilir. Tədiyə balansi 4 hissədən ibarətdir: 1. Cari Əməliyyatlar balansı; 2. Kapitalın və maliyyənin hərəkəti balansı; 3. Ehtiyat aktivlərin dəyişməsi və 4. Balanslaşdırıcı maddələr.

Ölkənin cari əməliyyatlardan əldə etdiyi gəlirlər, cari əməliyyatlara çəkilən xərclərdən daha böyükdürsə bu vəziyyət cari profisit (cari əməliyyatlar artıqlığı); Daha kiçikdirsə cari kəsir (cari əməliyyatlar defisiti) olaraq adlandırır.

Cari əməliyyatlar hesabı – buraya ölkənin xarici ticarəti (idxal-ixrac), əldə edilmiş və göstərilmiş xidmətlər, əldə edilmiş və ödənilmiş faktor gəlirlər (əmək haqqı, divident, faiz, renta və digər bu tip ödənişlər) və cari transfertlər (pul baratları, humanitar yardımlar, qrantlar və s.) aiddir.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et