Azərbaycanın strateji valyuta ehtiyatları 8 faizdən çox artıb | Banco.az

Azərbaycanın strateji valyuta ehtiyatları 8 faizdən çox artıb

2014-cü ilin birinci yarısı ərzində Azərbaycan Mərkəzi Bankının sərəncamında olan strateji valyuta ehtiyatları 8,3 faiz yaxud 4,2 milyard dollar artaraq 54,4 milyard dollar təşkil edir.

Hafta.az-ın məlumatına görə, bu barədə AMB-nin saytında yerləşdirilən məlumatda deyilir.
Hesabatda deyildiyi kimi, ölkənin strateji valyuta ehtiyatları üç illik mal və xidmət idxalını ödəməyə kifayətdir.

Azərbaycan Mərkəzi Bankının sərəncamında olan strateji valyuta ehtiyatları ilin əvvəlindən 7 faiz artaraq 15,2 milyard dollara çatıb.
Hesabatda deyilir: "Əvvəlki illərdə olduğu kimi, ölkənin hazırkı mövqeyi əlverişli səviyyədədir. Bunun nəticəsində xarici sektordakı müsbət proseslər bu il artımı davam edən valyuta ehtiyatlarının dinamikasına təsir edir".

Ən sərfəli kredit üçün müraciət et

Ölkədə xarici sərmayəçilərin aktivliyi artıb və bu ilin yanvar-iyun aylarında iqtisadiyyata yatırılan xarici investisiyaların ümumi həcmi 2,8 milyard dolları ötüb ki, bu da sərmayələrin ümumi həcminin 30 faizini təşkil edir.

Hafta.az

Ən sərfəli krediti almaq üçün müraciət et