Azərbaycanın sığorta sektorunda xərclərin gəlirlərə nisbəti azalıb | Banco.az

Azərbaycanın sığorta sektorunda xərclərin gəlirlərə nisbəti azalıb

"Naxçıvan Sığorta" ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkəti 2018-ci ildə əldə etdiyi gəlirin 87,5%-ni xərcləyib.

Bu nisbət 2017-ci ildə 91,2% olub. Başqa sözlə, ötən il sığorta sektorunda xərclərin gəlirlərə nisbəti 3,7 faiz bəndi azalıb.

Bununla belə, ayrı-ayrı sığorta şirkətləri üzrə xərc-gəlir nisbəti fərqlidir. 4 şirkətdə - "Atasığorta", "Azərbaycan Sənaye Sığorta", "Standard Insurance" Sığorta Şirkəti və "Atəşgah Sığorta" ASC-lərdə sözügedən nisbət 100%-dən çoxdur ki, son nəticədə onlar ötən ili zərərlə başa vurublar. Xərc gəlir nisbəti 6 şirkətdə 90-100% arasında, 6 şirkətdə 80-90% arasında, 4 şirkətdə isə 70-80% arasındadır.

2018-ci ildə gəlir-xərc nisbəti 8 şirkətdə artıb, 12 şirkətdə isə azalıb.

"Naxçıvan Sığorta" gəlirlərinin və xərclərinin məbləğini açıqlamayıb.

 

 

 

 

Sığorta şirkətinin adı

 

Şirkətin xərclərinin gəlirlərinə nisbəti

2018-ci ildə

2017-ci ildə

1

Atasığorta

138,9%

93,9%

2

Azərbaycan Sənaye Sığorta

122,9%

98,6%

3

Standard Insurance

107,9%

94,8%

4

Atəşgah Sığorta

101,9%

102,6%

5

AXA Mbask

99,5%

101,3%

6

Günay Sığorta

99,3%

98,3%

7

Qala Sığorta

93,8%

105,8%

8

Azərsığorta

93,0%

92,6%

9

Amrah Sığorta

91,4%

60,7%

10

Qala Həyat Sığorta

91,1%

94,5%

11

İpək Yolu Sığorta

89,8%

85,6%

12

Rəvan Sığorta

85,5%

148,8%

13

PAŞA Həyat Sığorta

82,3%

86,4%

14

Azsığorta

82,0%

109,8%

15

A-Qrup Sığorta

80,7%

87,2%

16

Bakı Sığorta

80,2%

86,9%

17

PAŞA Sığorta

78,9%

85,2%

18

Xalq Sığorta

78,5%

84,6%

19

Meqa Sığorta

78,0%

69,1%

20

Atəşgah Həyat Sığorta

73,9%

91,6%

21

Naxçıvan Sığorta

Açıqlamayıb

Açıqlamayıb

 

Orta hesabla

87,5%

91,2%

Ən sərfəli kredit üçün müraciət et

 

Renkinq.az

Ən sərfəli krediti almaq üçün müraciət et