Azərbaycanın kiçik və orta biznesinin “Qazprombank”ın imkanlarından yararlanmasını istərdik | Banco.az

Azərbaycanın kiçik və orta biznesinin “Qazprombank”ın imkanlarından yararlanmasını istərdik

"Azərbaycan hökuməti Rusiyanın “Qazprombank” SC-nin ölkə iqtisadiyyatının digər sahələrinə töhfə verməsini istəyir".

Bu barədə jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

“Azərbaycanın aqrar-sənaye kompleksinə maliyyə axınlarının çatmasını, kiçik və orta biznesin “Qazprombank”ın imkanlarından yararlanmasını istərdik. Bu bank ölkəmizdə uğurla fəaliyyət göstərir. Onun Sumqayıt Kimya Sənaye Parkında, “SOCAR Polymer” layihəsində iştirakını xüsusilə qeyd etmək istəyirəm. Sözügedən layihənin dəyəri təqribən 880 mln. ABŞ dolları təşkil edib ki, bunun da 500 mln. dollara qədərini “Qazprombank” maliyyələşdirib", - nazir qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, bu gün Bakı Biznes Mərkəzində Azərbaycan-Rusiya İşgüzar Şurasının, İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və “Qazprombank”ın birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikası investisiya layihələrinin reallaşdırılması yolunda: “Qazprombank” SC-nin imkanları” mövzusunda biznes-seminar keçirilir.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et