Azərbaycanın ən məşhur bankları - SİYAHI | Banco.az

Azərbaycanın ən məşhur bankları - SİYAHI

Azərbaycanda mətbuatın haqqında ən çox danışdığı şirkətlər məlum olub. Media Consulting and Services media monitorinq qrupu 01-31 mart 2019-cu il dövrü üzrə məlumatların hesabatına yekun vurub.

Şirkətdən verilən məlumata görə, media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.
 
Qeyd edək ki, Şirkətin media monitorinq qrupu 12 Televiziya kanal, 13 radio dalğası; 55 çap və 600 on-line media daxil olmaqla 680-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Şirkət hazırda 22 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır. 

Ən sərfəli kredit üçün müraciət et

Mediada ən çox adı hallanan bankların ilk beşliyini təqdim edirik. 

Bank sektoru

ABB 1193

Kapital Bank 796

Paşa Bank 553

Accessbank 534

Bank Respublika 496

Ən sərfəli krediti almaq üçün müraciət et