Azərbaycanın ən böyük sığorta şirkətinin xalis mənfəəti kəskin artıb | Banco.az

Azərbaycanın ən böyük sığorta şirkətinin xalis mənfəəti kəskin artıb

Topladığı sığorta haqlarına və sığorta ödənişlərinə görə Azərbaycanın ən böyük sığorta şirkəti olan “PAŞA Həyat Sığorta” ASC 2018-ci ili 21 milyon 260 min manat xalis mənfəət ilə başa vurub. Bu məbləğ, Şirkətin 2017-ci ildəki xalis mənfəəti ilə müqayisədə 62,6% çoxdur. “PAŞA Həyat Sığorta” 2017-ci ili 13 milyon 71 min manat xalis mənfəətlə bağlamışdı.

 

GƏLİRLƏRİ ARTIB

2018-ci ildə olan “PAŞA Həyat Sığorta”nın cəmi gəlirləri 151 milyon 89 min manat, cəmi xərcləri isə 124 milyon 321 min manat təşkil edib. Ötən il Şirkət 26 milyon 768 min manat maliyyə mənfəətindən 5 milyon 508 min manat mənfəət vergisi ödəyib.

2017-ci ildə  “PAŞA Həyat”ın cəmi gəlirləri 124 milyon 151 min manat, cəmi xərcləri isə 107 milyon 219 min manat təkil etmiş, 16 milyon 932 min manat maliyyə mənfəətindən 3 milyon 861 min manat mənfəət vergisi ödəmişdi.

Ən sərfəli kredit üçün müraciət et

 

DAHA ÇOX HAQQ YIĞIB

2018-ci ildə “PAŞA Həyat Sığorta”nın topladığı sığorta haqları 264 milyon 989 min manat, sığorta ödənişləri isə 71 milyon 45 min manat təşkil edib. 2017-ci ildə Şirkətin topladığı sığorta haqları 152 milyon 697 min manat, sığorta ödənişləri isə 58 milyon 5 min manat təşkil etmişdi.

Ötən il “PAŞA Həyat Sığorta” topladığı 264 milyon 989 min manat sığorta haqqının 133 milyon 632 min manatını ehtiyata yönəldib.

Ötən il “PAŞA Həyat sığorta” 19 milyon 258 min manat investisiya gəliri də əldə edib.

 

ŞİRKƏT BÖYÜYÜB

31 Dekabr 2018-ci il tarixində “PAŞA Həyat Sığorta” ASC-nin cəmi aktivləri 346 milyon 807 min manat, cəmi öhdəlikləri 285 milyon 203 min manat, cəmi kapitalı isə 61 milyon 604 milyon manat təşkil edib.  31 Dekabr 2017-ci il tarixində “PAŞA Həyat Sığorta”nın cəmi aktivləri 207 milyon 887 min manat, cəmi öhdəlikləri 150 milyon 436 min manat, cəmi kapitalı isə 57 milyon 450 min manat təşkil etmişdi.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et