Azərbaycanın ən böyük özəl bankı işçilərinin sayını artırıb | Banco.az

Azərbaycanın ən böyük özəl bankı işçilərinin sayını artırıb

Azərbaycanın ən böyük özəl bankı olan “PAŞA Bank” ASC işçilər üzrə xərclərini artırıb.

“PAŞA Bank” qrupu 2019-cu ilin ilk 6 ayında işçilər üzrə 27 milyon 8 min manat xərc çəkib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 milyon 234 min manat və ya 18,6% çoxdur.

“PAŞA Bank” qrupunun işçilərinin sayı da artıb. 30 İyun 2018-ci il tarixində 813 nəfər olmuş say 30 İyun 2019-cu il tarixində 1160 nəfərə çatıb (347 nəfər artıb).

Ən sərfəli kredit üçün müraciət et

“PAŞA Bank Azərbaycan”ın işçilərinin sayı 157 nəfər artaraq 836 nəfərə, “PAŞA Bank Gürcüstan”ın işçilərinin sayı 188 nəfər artaraq 274 nəfərə, “PAŞA Bank Türkiyə”nin işçilərinin sayı isə 2 nəfər artaraq 50 nəfərə yüksəlib.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et