Azərbaycanın dövlət borclanması 3 dəfə artırılıb | Banco.az

Azərbaycanın dövlət borclanması 3 dəfə artırılıb

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Ən sərfəli kredit üçün müraciət et

Banco.az "Report"a istinadən xəbər verir ki, sənədə əsasən, Azərbaycan Respublikasının 2015-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 4,5 milyard manata qaldırılıb.

Dəyişiklik 2015-ci il iyulun 15-dən tətbiq edilir.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Respublikasının 2015-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 1,5 milyard manat idi.

Ən sərfəli krediti almaq üçün müraciət et