Azərbaycanın bank sistemində rəqabət orta səviyyədədir | Banco.az

Azərbaycanın bank sistemində rəqabət orta səviyyədədir

Azərbaycanda bank sisteminin təmərküzləşməsi azalır.

“Marja” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Maliyyə sabitliyi icmalı"nda deyilir.

İcmaldan məlum olur ki, Azərbaycanda bank sektorunda rəqabət orta səviyyədədir.

“İri bankların (kapitalın həcminə görə ilk 5 bank) sistem üzrə  aktivlərdə  payı 57,8%-dən 54,1%-ə  azalmış, iqtisadiyyata kredit qoyuluşunda isə  payı  54,2%-dən 54%-ə  enmişdir.  Herfindal-Hirşman indeksi 2də  (bank sistemində  təmərküzləşmə  səviyyəsini qiymətləndirilməsi üçün tətbiq edilir) bank sisteminində ilin əvvəli ilə müqayisədə təmərküzləşmənin bir qədər azaldığını əks etdirir”,- İcmalda deyilir.

Ən sərfəli kredit üçün müraciət et

Kreditin həcminə görə Herfindal – Hirşman indeksi 2009-cu ildəki 2395,2 səviyyəsindən 1521-ə düşüb.

Qeyd edək ki, Herfindal – Hirşman indeksinə görə, 1000 baldan aşağı səviyyələr rəqabətli (təmərküzləşmiş), 1000-1800 orta rəqbətli (orta təmərküzləşmiş), 1800-dən yuxarı isə rəqabətli olmayan (təmərküzləşməmiş) bazar hesab olunur. Bu səviyyə Avropa Birliyində 653-ə bərabərdir.

 

Ən sərfəli krediti almaq üçün müraciət et