Azərbaycanın bank sistemi qonşu ölkələr ilə müqayisədə | Banco.az

Azərbaycanın bank sistemi qonşu ölkələr ilə müqayisədə

Azərbaycanda bank və digər kredit təşkilatlarının təklif etdiyi xidmət sferalarının genişlənməsi, məhsul çeşidliliyinin artımı, inkişaf etmiş ödəniş sistemlərinin tətbiqi, filial şəbəkəsinin genişlənməsi və s. kimi amillər bank infrastrukturunun sürətli inkişafından xəbər verən faktorlardandır.

Bununla yanaşı, bank aktivlərinin keyfiyyətinin yüksəlməsi, məcmu kapital həcmində artım, risk səviyyəsinin adekvat qiymətləndirilməsi, likvidlik səviyyəsinin artması bankların qarşıya çıxa biləcək risklərə daha dözümlü olmasına səbəb olmuşdur.

Cənubi Qafqazda ən geniş bank şəbəkəsinə malik olan Azərbaycanda 44 bankdan yalnız 40-ı yerli filial şəbəkəsinə sahibdir. Filialları olmayan banklara “Günay Bank”, “Bank Melli İran” Bakı filialı, “Evrobank” və “Azərbaycan Kredit Bankı” daxildir. Azərbaycanda yalnız bir dövlət bankı (Azərbaycan Beynəlxalq Bankı) fəaliyyət göstərir. Belə ki, 31 dekabr 2013-cü il tarixinə olan məlumata görə Azərbaycan Beynəlxalq Bankının nizamnamə fondunun 60,06%-ə Maliyyə Nazirliyinə məxsusdur.

Bank olmayan kredit təşkilatlarının tərkibinə kredit ittifaqları, beynəlxalq humanitar təşkilatlar tərəfindən maliyyələşdirilən kredit təşkilatları və digər bank olmayan kredit təşkilatları daxildir.Maliyyə sisteminin önəmli oyunçularından  olan kredit təşkilatlarının sayında əhəmiyyətli artım müşahidə edilmişdir.  Belə ki, 2008-ci illə müqayisədə 2014-cü ilin ikinci rübündə kredit ittifaqlarının sayı 77-dən 113-ə, beynəlxalq humanitar təşkilatlar tərəfindən maliyyələşdirilən kredit təşkilatlarının sayı isə 18-dən 43-əqalxmışdır. Fəaliyyət sferasının genişlənməsi özünü bank olmayan kredit təşkilatlarının filiallarının artımında da göstərmişdir. Bu artım əsasən beynəlxalq humanitar təşkilatlar tərəfindən maliyyələşdirilən kredit təşkilatlarının filialları hesabına baş vermişdir. 2014-cü ilin II rübünün statistik məlumatlarına əsasən BOKT-ların filialların sayı ümumi sayı 206-a çatmışdır.

Bununla yanaşı, maliyyə sektorunun inkişafı ilə əlaqədar olaraq 2010-cu ildə “AzərPoçt” MMC maliyyə təşkilatı kimi fəaliyyət göstərməyə başlamışdır və filialların sayını 3-dən 63-ə, şöbələrinin sayını isə 20-dən 953-ə qədər artıra bilmişdir. “AzərPoçt”-un maliyyə xidmətlərinin inkişafı layihəsi çərçivəsində geniş şəbəkəyə malik olmaq üstünlüyündən istifadə etməklə çoxsaylı müştəri kütləsi üçün standart və geniş miqyasda yayılan, eləcə də digər maliyyə təşkilatlarına aid olan maliyyə məhsullarını təklif edir.

AZƏRBAYCAN

Filialların sayı

Kommersiya bankları

44

726

BOKT

157

 

*kredit ittifaqı

113

0

*beynəlxalq humanitar təşkilatlar tərəfindən maliyyələşdirilən kredit təşkilatları

43

194

*digər bank olmayan kredit təşkilatları

1

12

Digər maliyyə təşkilatları**

1

63

Ən sərfəli kredit üçün müraciət et

**Digər maliyyə təşkilatları bölməsinə "AZƏRPOÇT” Məhdud Məsuliyyətli Cəmiyyəti, poçt rabitəsi milli operatoru aiddir

Gürcüstan qanunvericiliyinə görə bank olmayaninstitutlar özündə kredit ittifaqları, mikromaliyyələşmə institutları, pul köçürmə məntəqələri, valyuta dəyişmə büroları, broker şirkətləri, birja və s. strukturları birləşdirir.

Bank olmayan depozitar institutlar – kredit ittifaqları – yalnız təşkilata üzv olan subyektlərdən depozitlərin cəlb edilməsi və onların kreditlə təminatını həyata keçirir, qanunvericiliklə müəyyənləşdirilmiş bank fəaliyyəti ilə məşğul olur və əsas məqsədi mənfəət əldə etmək deyildir. Gürcüstanda kredit ittifaqları əsas etibarilə kənd təsərrüfatı ilə məşğul olan əhaliyə xidmət məqsədilə yaradılmışdır.

Mikromaliyyələşmə institutlarının fəaliyyət istiqaməti isə kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədardır. Gürcüstan Milli Bankı həmçinin qeyri-qanuni gəlirin leqallaşdırılması, başqa sözlə yuyulmasının qarşısını almaq məqsədilə pul köçürmə məntəqələri və valyuta dəyişmə büroları üzərində nəzarət həyata keçirir. 

GÜRCÜSTAN 

Filialların sayı

Kommersiya bankları

21

163

Bank olmayan  depozitar institutlar/kredit ittifaqları

17

-

Mikromaliyyələşmə institutları

71

274

Ermənistan maliyyə bazarının ən inkişaf etmiş sektoru bank sektorudur ki, bu da maliyyə sistemi aktivlərinin 90%-i təşkil edir. Ermənistanda fəaliyyət göstərən 24 bankdan 23-ü kommersiya bankı, 1-i isə inkişaf bankıdır (Panarmenian Bank). 2006-cı il yanvar ayından etibarən Ermənistan Mərkəzi Bankı bütünlükdə maliyyə bazarını tənzimləyən və nəzarət edən yeganə qurum kimi fəaliyyət göstərməyə başlamışdır. Bunun əsas səbəbi isə bazarda baş verə biləcək ümumi risklərə nəzarət edə bilməkdir. Ötən ilin illik hesabatına əsasən Ermənistanda 33 kredit təşkilatı (126 filial), 9 sığorta şirkəti və 2 sığorta broker təşkilatı, 8 investisiya, 6 pul köçürmə şirkəti və 210 valyuta dəyişmə ofisi fəaliyyət göstərir.

ERMƏNİSTAN 

Filialların sayı

Kommersiya bankları

24

485

*kommersiya bankları

23

 

*inkişaf bankı

1

 

Kredit təşkilatları

33

126

 

Dürdanə Alıyeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et