"Azərbaycanın bank sektorunun 62%-i 4 bankın nəzarətindədir" - Moody's | Banco.az

"Azərbaycanın bank sektorunun 62%-i 4 bankın nəzarətindədir" - Moody's

2017-ci ilin yekununda dövlətə məxsus "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin aktivləri ölkənin bank sektorunun aktivlərinin 31%-ni təşkil edib. 

Bunu "Moody's" Beynəlxalq Reytinq Agentliyinin Bakıda keçirilən illik konfransında qurumun vitse-prezidentinin köməkçisi Petr Paklin deyib.

Onun sözlərinə görə, bu, 2016-cı ilin yekunu ilə müqayisədə 8 faiz bəndi azdır. 

Ən sərfəli kredit üçün müraciət et

"Ölkənin 3 ən güclü özəl bankı - "PAŞA Bank", "Kapital Bank" və "Xalq Bank" ASC-lər isə birlikdə aktivlərdə 31% paya malikdir. Qalan 26 bank isə aktivlərin 38%-nə nəzarət edir", - o qeyd edib. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et