Azərbaycandan Gürcüstana pul köçürmələrinin həcmi azalıb | Banco.az

Azərbaycandan Gürcüstana pul köçürmələrinin həcmi azalıb

Ötən ay Azərbaycandan Gürcüstana 1,88 mln. dollar pul köçürülüb.

Bu barədə Gürcüstan Milli Bankından bildirilib.

Gürcüstana daxil olan ümumi pul köçürmələrində Azərbaycanın payı 1,29 % təşkil edib.

İllik müqayisədə Azərbaycandan qonşu ölkəyə göndərilən pul köçürmələrinin həcmi 5,03% azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Avqust ayında Gürcüstana xarici ölkələrdən, ümumilikdə, 146,4 mln. dollar pul daxil olub ki, bu da ötən ilin eyni göstəricisindən 7,8% çoxdur. Gürcüstandan xarici ölkələrə pul köçürmələrinin həcmi isə 0,5% artaraq 19 mln. dollara bərabər olub.   

report.az

Ən sərfəli krediti almaq üçün müraciət et