Azərbaycandan Gürcüstana pul köçürmələri 7% azalıb | Banco.az

Azərbaycandan Gürcüstana pul köçürmələri 7% azalıb

Bu ilin I rübündə Azərbaycandan Gürcüstana 4 650,4 min ABŞ dolları məbləğində pul köçürülüb.

Bu barədə qonşu ölkənin Milli Bankının hesabatında bildirilir.

Hesabata əsasən, bu rəqəm illik müqayisədə 6,9% azdır.

Yanvar-mart aylarında Gürcüstandan Azərbaycana isə pul köçürmələrinin məbləği isə ötən ilin eyni dövrünə nisbətən 1,9% azalaraq 2 572,9 min dollara düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Təkcə mart ayında isə Azərbaycandan Gürcüstana 1,64 milyon dollar, Gürcüstandan Azərbaycana isə 906 min dollar pul köçürülüb.

Ötən ay Gürcüstana müxtəlif ölkələrdən, ümumilikdə, 138,4 mln. dollar daxil olub ki, bu da illik müqayisədə 4,5% və yaxud 5,9 milyon dollar çoxdur. Hesabat ayında qonşu ölkəyə ən çox pul köçürmələri 35,42 milyon dolar olmaqla Rusiyadan həyata keçirilib. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et