Azərbaycandan Gürcüstana neft və neft məhsullarının ixracı artıb | Banco.az

Azərbaycandan Gürcüstana neft və neft məhsullarının ixracı artıb

Bu ilin I rübündə Gürcüstan Azərbaycandan 39 397,1 ton neft və neft məhsulları idxal edib.

Bu barədə ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilir. 

Gürcüstanın Azərbaycandan idxal etdiyi neft və neft məhsullarının ümumi dəyəri 21 340,3 min ABŞ dolları təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

İllik müqayisədə Gürcüstanın Azərbaycandan aldığı neft və neft məhsulları həcm baxımından 7 687,9 ton və yaxud 24,2%, məbləğ baxımından isə 3 mln. 107,4 min dollar və yaxud 17,04% çoxdur.

Ötən ilin I rübündə Gürcüstan Azərbaycandan ümumi dəyəri 18 232,9 min dollar olan 31 709,2 ton neft və neft məhsulları idxal edib.

Report

 

Ən sərfəli krediti almaq üçün müraciət et