Azərbaycandan Avropa İttifaqı ölkələrinə 8 milyard dollara yaxın məhsul ixrac olunub | Banco.az

Azərbaycandan Avropa İttifaqı ölkələrinə 8 milyard dollara yaxın məhsul ixrac olunub

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 7 milyard 822 milyon 783 min ABŞ dolları dəyərində məhsul ixrac edilib. Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 221 milyon 452 min dollar çoxdur. Doqquz ayda Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 1 milyard 781 milyon 921 min dollar olub.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et