Azərbaycanda yeni bankın fəaliyyəti gözlənilir | Banco.az

Azərbaycanda yeni bankın fəaliyyəti gözlənilir

Türkiyənin Ziraat Bankı törəmə bankın təsis edilməsi ilə bağlı Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət edib.

Bu barədə Mərkəzi Bankın mətbuat xidmətinə istinadən məlumat verib.
Məlumata görə, T.C. Ziraat Bankası Türkiyənin ən iri bankı olmaqla 1863-cü ildən fəaliyyət göstərir, aktivlərinin həcmi 108 mlrd. dollar təşkil edir.

T.C. Ziraat Bankası Azərbaycan bank sistemində 1995-ci ildən təmsil olunan ilk xarici kapitallı bank olmaqla hər iki ölkənin bank sektorları arasında əlaqələrin qurulmasında mühüm rol oynamışdır.
Bankın Azərbaycanda təmsilçilik statusunun dəyişməsi onun fəaliyyətinin daha da aktivləşməsi və genişlənməsinə imkan verəcəkdir. Eyni zamanda bu, bank sektorunda rəqabətin güclənməsinə, biznes və əhalinin bank xidmətlərinə çıxışının artmasına, bütövlükdə ölkələrimiz arasında iqtisadi əlaqələrin zəruri bank xidmətləri ilə daha geniş şəkildə əhatə olunmasına imkan verəcək.

Ən sərfəli kredit üçün müraciət et

Hazırda T.C. Ziraat Bankasının müraciəti Azərbaycan Respublikası Mərkəzi Bankında baxılmaqdadır və cari ilin sonunadək törəmə bankın lisenziyalaşdırılması proseslərinin yekunlaşdırılması nəzərdə tutulur.

 

Ən sərfəli krediti almaq üçün müraciət et