Azərbaycanda USD/TRY və USD/RUB-la olan alətlərə maraq kəskin artıb | Banco.az

Azərbaycanda USD/TRY və USD/RUB-la olan alətlərə maraq kəskin artıb

Son dövrlərdə Azərbaycanda valyuta əsaslı alətlər üzrə USD/TRY və USD/RUB-la maraq kəskin artıb.

Bu barədə  açıqlamasında Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədrinin müşaviri Rəşad Ağayev bildirib.

Onun sözlərinə görə, Azərbaycan törəmə maliyyə alətləri bazarının iştirakçıları idxal və ya ixrac istiqamətli şirkətlər, banklar, sığorta şirkətləri və fiziki şəxslərdir.

"Əsasən bazar iştirakçıları məzənnə fərqindən yarana biləcək risklərin sığortalaması məqsədilə bazarın təqdim etdiyi alətlərdən istifadə edirlər. Digər tərəfdən ölkəmizdə bəzi investisiya şirkətləri marja ticarəti xidməti verməklə əhalinin törəmə maliyyə alətləri bazarına çıxışını təmin edir. Əhali tərəfindən geniş ticarət edilən alətlər valyuta və əmtəə əsaslı fərq müqavilələri üzrə marja ticarətidir. Qeyd etmək lazımdır ki, son dövrlərdə valyuta əsaslı alətlər üzrə əhalinin maraq dairəsi USDTRY-yə və USDRUB-la kəskin artıb", - deyə R.Ağayev bildirdi.

Ən sərfəli kredit üçün müraciət et

Palatanın İdarə Heyətinin sədrinin müşaviri vurğuladı ki, sözügedən valyutalara maraq onların yüksək volatil olmaları və qısa müddətdə yüksək gəlir imkanı yaratmaları ilə bağlıdır. Qeyd etmək lazımdır ki, təcrübəsiz şəxslər riskli alətlərə investisiya etdiklərində və risklərini idarə edə bilmədikləri halda yüksək qiymət volatilliyi nəticəsində böyük itkilərə məruz qala bilər.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç