Azərbaycanda törəməsi olan Rusiya bankı bu ilin I yarısına yekun vurub | Banco.az

Azərbaycanda törəməsi olan Rusiya bankı bu ilin I yarısına yekun vurub

Azərbaycanda törəməsi olan Rusiya bankı – VTB-nin kredit portfeli bu il iyulun 1-nə 3 trilyon rubl (təxminən, 81 milyard manat) təşkil edib ki, bu da illik müqayisədə 29% çoxdur.

Bu barədə Bankın İdarə Heyətinin sədr müavini Anatoliy Peçatnikov məlumat verib.

Onun sözlərinə görə, hesabat dövründə bütün Rusiya üzrə isə kredit portfeli 23% böyüyərək 16,3 trilyon rubla (təxminən, 440 milyard manat) çatıb. Başqa sözlə, “Bank VTB” bazarda payını 18,4%-ə çatdırıb.

A.Peçatnikov onu da bildirib ki, son 1 ildə ən çox artım təmin olunmamış kreditlərdə baş verib. Təmin olunmuş kreditlərə gəlincə isə, sədr müavini bu ilin I yarısında 303 milyard rubl (təxminən, 8 milyard manat) məbləğində ipoteka kreditlərinin verildiyini, son 1 ildə ipoteka kreditləşməsini 25% artırdıqlarını qeyd edib. Ölkə üzrə bu dinamika isə mənfi 6% təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bundan başqa, A.Peçatnikovun sözlərinə görə, yanvar-iyun aylarında “Bank VTB” 377 milyard rubl (təxminən, 10 milyard manat) məbləğində istehlak krediti verərək bu növ üzrə portfelini illik müqayisədə 22%, o cümlədən 36 milyard rubl (təxminən, 1 milyard manat) məbləğində avtomobil krediti verərək bu növ üzrə portfelini illik müqayisədə 5% artırıb.

Son 1 ildə “Bank VTB”nin fiziki şəxslərdən cəlb etdiyi vəsaitlərin (əmanətlərin) məbləği 16% artaraq 4 trilyon rubla (təxminən, 108 milyard manat) çatıb. Bütün Rusiya üzrə isə bu göstərici illik müqayisədə 8% artaraq 29 trilyon rubl (783 milyard manat) təşkil edib. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et