Azərbaycanda tələbələr üçün yeni qazanc mənbəyi - SIĞORTA AGENTİ | Banco.az

Azərbaycanda tələbələr üçün yeni qazanc mənbəyi - SIĞORTA AGENTİ

Azərbaycanda sığorta vasitəçiləri üçün yaş məhdudiyyəti yumşaldılıb. Fins.az-ın məlumatına görə, "Sığorta fəaliyyəti haqqında" qanuna edilən əlavə və dəyişikliklərə əsasən bundan sonra sığorta vasitəçiliyi - yəni sığorta agenti və sığorta brokeri fəaliyyəti ilə 19 yaşlı vətəndaşlar da məşğul ola biləcək. İndiyədək bu hədd 21 yaş idi.
Sığorta şirkətləri bu dəyişikliyi müsbət qarşılayıblar. Mütəxəssislərin fikrincə, yaş həddinin 21-dən 19-a endirilməsi gənclərin, xüsusilə də tələbələrin sığrta agenti biznesinə cəlb olunmasına kömək edəcək.
"Standard Insurance" sığorta şirkətinin satış departamentinin rəhbəri Orxan Vəliyev fins.az-a bildirib ki, məhz yaş məhdudiyətinə görə, indiyədək şirkətə sığorta agenti kimi fəaliyyət göstərmək üçün edilən müraciətlərin bir neçəsinə mənfi cavab verilib. Amma bu yenilik vəziyyəti dəyişir: "Fikrimcə, bu yenilik xüsusilə tələbələrə imkan verəcək ki, sığorta agenti işi ilə məşğul olsunlar. Tələbələr 17-21 yaş arasında olurlar və onlar asudə vaxtlarında bu işlə məşğul olub əlavə gəlir əldə edə bilərlər.
Ekspertlərin fikrincə, sığorta agenti qismində fəaliyət göstərmək gənclər üçün əlavə gəlir mənbəyinə çevrilə bilər: "Sığorta agenti ayda 4-5 avtomobilin kasko sığortası zrə müqavilə bağlasa, bu təqribən 200-250 manat gəlir deməkdir".  Qeyd edək ki, bütün dünyada sığorta agentləri və brokerləri yaxşı qazanc əldə edən təbəqəyə aiddirlər. Bunu qonşu Türkiyə təcrübəsi də sübut edir. Üstəlik sığorta agentlərinin iş qrafiklərinin sərbəst olması onlara təhsillərini davam etdirdiyi halda da bu işlə məşğul olmağa imkan verir. 

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et