Azərbaycanda Rusiya ilə birgə qaldırıcı avadanlıq və kranların istehsalı təşkil edilə bilər | Banco.az

Azərbaycanda Rusiya ilə birgə qaldırıcı avadanlıq və kranların istehsalı təşkil edilə bilər

"Rusiyanın Sverdlovsk vilayətinin Kalinin adına zavodu ilə Azərbaycanda birgə istehsalın yaradılması mümkün ola bilər".

Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Onun sözlərinə görə, ola bilsin ki, Azərbaycanda qaldırıcı avadanlıq və kranların istehsalı təşkil edilsin: "Artıq bu barədə danışıqlar aparılacaq".

Ən sərfəli kredit üçün müraciət et

Nazir qeyd edib ki, Azərbaycanın aparıcı şirkətləri buna çox böyük maraq göstərirlər: “Bu gün və sabah keçiriləcək görüşlərdə bu müzakirələr aparılacaq”. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et