Azərbaycanda qızıl hasilatı 1 tonu keçib | Banco.az

Azərbaycanda qızıl hasilatı 1 tonu keçib

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 1 ton 9,9 kq qızıl, 206,2 kq gümüş hasil olunub.

Gün.Az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ötən ilin eyni dövrü ilə müqayisədə qızıl hasilatı 37 faiz artıb, gümüş hasilatı isə 46 faiz azalıb.

Qeyd edək ki, hazırda Azərbaycanda qızıl və gümüş 1997-ci il avqust ayının 21-də imzalanmış “Production Sharing Agreement” (“Hasilatın Pay Bölgüsü Sazişi”) tipli müqavilə çərçivəsində “Gədəbəy” və “Qoşa” yatağından hasil olunur. Müqavilə 6 yatağın – Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur.
Müqavilədə Azərbaycanın payı 51%, Böyük Britaniyanın “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.

“Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanıb. Müqaviləyə görə, bu 6 yataqdan 400 ton qızıl, 2,5 min ton gümüş və 1,5 min ton mis hasilatı planlaşdırılır.
Bildirək ki, 2013-cü ildə ölkədə qızıl hasilatı 1 619,2 kq təşkil edib.


Gün.Az

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et