Azərbaycanda ötən ay deflyasiya 0,2 faiz təşkil edib | Banco.az

Azərbaycanda ötən ay deflyasiya 0,2 faiz təşkil edib

Azərbaycanda 2014-cü ilin yanvar ayında ərzaq məhsullarının qiymətləri 0,2 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,9 faiz ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri əvvəlki ayla eyni səviyyədə qalıb, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,2 faiz ucuzlaşıb.

Ay ərzində un, toyuq əti, portağal, banan, kök, kartof, qurudulmuş üzümün qiymətlərində ucuzlaşma, uzun və yumru düyü, balıq məhsulları, kolbasa məmulatları, süd və süd məhsulları, yumurta, kərə yağı, qarğıdalı yağı, limon, naringi, alma, armud, heyva, nar, qoz, fındıq, şabalıd, kələm, göyərti, soğan, sarımsaq, şəkər və duzun qiymətlərində isə bahalaşma müşahidə olunub.

Ən sərfəli kredit üçün müraciət et

Əhaliyə göstərilən pullu xidmətlərdən şəxsi istifadə də olan telefon avadanlığının quraşdırılması xərcləri, respublika daxilində və beynəlxalq telefon danışıqları tarifləri ucuzlaşıb, telefon üçün abunə haqqı tarifləri isə bahalaşıb.

 

trend.az

Ən sərfəli krediti almaq üçün müraciət et