Azərbaycanda muzdlu işçilərin sayı 1,5 milyon nəfəri aşmışdır | Banco.az

Azərbaycanda muzdlu işçilərin sayı 1,5 milyon nəfəri aşmışdır

2014-cü il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 510,9 min nəfər olmuş, onlardan 891,6 min nəfəri (59%) iqtisadiyyatın dövlət bölməsində, 619,3 min nəfəri (41%) isə qeyri-dövlət bölməsində fəaliyyət göstərmişdir. 

Muzdla işləyənlərin 22,3%-i təhsildə, 18,7%-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,7%-i sənayedə, 8,7%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,0%-i tikintidə, 5,1%-i nəqliyyat və anbar təsərrüfatında, 3,6%-i peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,7%-i informasiya və rabitə sahəsində və 17,3%-i iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar. 
2014-cü ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 439,8 manat olmuşdur. İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olmuşdur.

Ən sərfəli kredit üçün müraciət et

 

"Banklar və Biznes" Jurnalı

Ən sərfəli krediti almaq üçün müraciət et