Azərbaycanda mobil istifadəçilər NB-İoT texnologiyasının faydasından yararlana bilərmi? | Banco.az

Azərbaycanda mobil istifadəçilər NB-İoT texnologiyasının faydasından yararlana bilərmi?

Son zamanlar dünyanın aparıcı mobil operatorları texnoloji dünyanın ən son trendlərinin verdiyi faydanı öz abunəçilərinə hiss etdirmək və bu texnologiyaların gündəlik həyatda tətbiqi strategiyası üzərində uğurla və əzmlə iş aparırlar.

Bu texnoloji terndlərdən biri də məhz Dar Zolaqlı Əşyalar İnternetidir(Narrow Band-İnternet of Things). Artıq Vodafone, BT, DT kimi şirkətlərlə yanaşı MDB məkanında bir neçə operator da NB-İoT texnologiyasından kommersiya məqsədilə istifadəyə başlamışlar.

Qeyd etmək istərdim ki, NB-İoT texnologiyasının əsasını təşkil edən dar zolaqlı rabitə coğrafi baxımdan əl çatması çətin olan ərazilərə belə nüfuz edə bilir, binaların divarlarını və hündür mərtəbəli binaların qatlarını asanlıqla keçir və sonda siqnal difraksiyaya az məruz qalır. Belə ki, hesablamar göstərir ki, siqnalın nüfuz etmə səviyyəsinə görə yeni standart mobil operatorların istifadə etdyi M2M texnologiyasını 20 dəfədən çox üstələyir.

NB-İoT texnologiyası əsasən mobil operatorların hal-hazırda çalışdığı 900MHs tezlik diapazonunda işləyir ki, hansı ki, bu gün mobil operatorlar GSM(2G) və UMTS(3G) texnologiyaların bu tezliklər üzərində çalışdırırlar. Əsas üstünlük ondan ibarətdir ki, bu zaman mobil operatorlar müdafiə intervalıda daxil olmaqla heç də böyük olmayan 200KHs tezlik zolağından istifadə edirlər.  Artıq mobil operatorların rəsmiləri bu zaman mobil rabitənin keyfiyyətinə heç bir təsirin olmadığını bildirirlər. Təbii ki, istənilən halda şəbəkələrin bir birinə interferensiya verməməsi üçün elektromaqnit uzlaşması hesabatı tam olaraq təhlil edilir.

Ən sərfəli kredit üçün müraciət et

Avropada dar zolaqlı əşyalar internetini ilk dəfə Vodafone operatoru tətbiq etmişdir ki, operator bu xidmətin göstərilməsi üçün tələb olunan 200KHs tezliyin əldə olunması üçün OFCOM tənzimləyici qurumundan müvafiq lisenziyanı əldə etmişdir. MDB məkanında isə ilk dəfə NB-İoT şəbəkəsini Belarusun Velcom operatoru istismara vermiş və bununla bağlı radio tezliklər üzrə dövlət komissiyasından tezliklərin ayrılmasına nail olmuşdur. Qeyd edim ki, Rusiyanın “böyük dördlük” operatorları bu ölkədə NB-İoT texnlogiyasının tətbiqi ilə bağlı  radio tezliklər üzrə dövlət komissiyasına müraciət etmişlər.

Məlumat üçün bildirirəm ki, NB-İoT texnologiyası məlumat mübadiləli telemetriya qurğusu üçün mobil rabitə standartıdır. Bu standart 3GPP Beynəlxalq konsorsiumu tərəfindən işlənib hazırlanmışdır.

Ümumiyyətlə NB-İoT texnologiyasının tətbiqi ölkələrdə əşyalar internetinin geniş tətbiqi üçün əlverişli normativ mühüt yaradır ki, ölkələr tam  həcmdə Əşyalar İnternetinin tətbiqinə başlasınlar. İnanırıq ki, Azərbaycanda da mobil operatorlar öz abonentlərini sevindirərək yaxın zamanda şəbəkədə NB-İoT texnologiyasının kommersiya istifadəsinə başlayacaq və bununlada Respublikamızda geniş miqyaslı Əşyalar İnternetinin başlanmasına start veriləcəkdir.

Mənbə: digitalazerbaijan.az

Ən sərfəli krediti almaq üçün müraciət et