Azərbaycanda minik avtomobili istehsalı 5 dəfəyə yaxın artıb | Banco.az

Azərbaycanda minik avtomobili istehsalı 5 dəfəyə yaxın artıb

Dövlət Statistika Komitəsinin aylıq hesabatına görə, 2019-cu ilin yanvar - avqust aylarında (8 ayda) Azərbaycanda 1496 ədəd minik avtomobili istehsal edilib (yığılıb).

2018-ci ilin yanvar - avqust ayları ilə müqayisədə minik avtomobili istehsalı 4,8 dəfə artıb.

2019-cu ilin Yanvar ayında 89 ədəd, Fevralında 87 ədəd, Martında 107 ədəd, Aprelində 153 ədəd, Mayında 490 ədəd, İyun ayında 186 ədəd, İyul ayında 192 ədəd, Avqust ayında da 192 minik avtomobili istehsal edilib. 

01.09.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı 227 ədəd təşkil edib. 01.08.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı 142 ədəd təşkil etmişdi.

​Ötən il Azərbaycanda 969 ədəd minik avtomobili yığılmışdı. 

Ən sərfəli kredit üçün müraciət et

2019-cu ildə Neftçaladakı “Khazar” avtomobil zavodunda 3000 avtomobil istehsalı nəzərdə tutulur. Bunu “Azərmaş” ASC-nin idarə heyətinin sədri Emin Axundov jurnalistlərə açıqlamasında deyib. 

Azərbaycanda Naxçıvan Avtomobil Zavodu da minik avtomobilləri yığır. 

Həmçinin, 2019-cu ilin yanvar- avqust dövründə ölkəmizdə 863 ədəd traktor istehsal edilib. 2018-ci ilin yanvar-avqust dövrü ilə müqayisədə traktor istehsalı 11,7% azalıb.

Ötən il ölkəmizdə 1303 ədəd traktor istehsal edilmişdi. 

marja

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç