Azərbaycanda maliyyə sektorunun işçi bazası bir ayda 100 nəfər artıb | Banco.az

Azərbaycanda maliyyə sektorunun işçi bazası bir ayda 100 nəfər artıb

Bu il iyunun 1-nə, Azərbaycanda maliyyə sektorunda işləyənlərin sayı 24,2 min nəfər təşkil edib. Bunun 4,5 min nəfəri dövlət, 19,7 min nəfəri isə qeyri-dövlət sektorunda çalışıb.

Mayın 1-i ilə müqayisədə maliyyə işçilərinin sayında 100 nəfər artım olub. Belə ki, ay ərzində özəl sektorda işçilərin sayı 200 nəfər artıb, dövlət sektorunda isə işçilərin sayı 100 nəfər azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, iyunun 1-nə ölkə iqtisadiyyatında muzdla işləyənlərin sayı 1 545,4 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 886,8 min nəfər, qeyri-dövlət sektorunda isə 658,6 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 33,6 min nəfər, qeyri-neft sektorunda isə 1 511,8 min nəfər çalışıb. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et